Məşhur müğənni Buray qatıldığı proqramda şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlama verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, müğənni Avstraliyada yaşayarkən 6 il evli olduğunu açıqlayıb.
Buray bu açıqlamaları ilk dəfə qatıldığı "Danışan insanlar" verilişində verib. O, ən uzun münasibətlərindən və keçmiş evliliyindən danışıb. Aparıcı Hasan Can Kayanın "Ən uzun münasibətiniz nə qədər olub?" sualına səmimi cavab verən Buray tamaşaçıları təəccübləndirən bir etiraf edib:
"Qızı 24 yaşımda istədim, 25 yaşımda evləndim. 31 yaşımda isə boşandım. Keçmiş həyat yoldaşım Avstraliyada doğulub, amma ailəsi türkdür"