BAKI, 5 may. TELEQRAF
Xarici İşlər Nazirliyində xidmətə (qulluğa) qəbuldə namizədlərin şikayətinə baxan Apellyasiya Şurası yaradılacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) əsasnaməsində əksini tapıb.
Bildirilir ki, nazirlikdə xidmətə (qulluğa) qəbulla bağlı keçirilən müsabiqə və ya müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.