AZ

Çempionlar Liqası: yarımfinal matçlarının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarının hakim təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, "İnter" - "Barselona" matçını Şimon Marçinyak (Polşa) idarə edəcək. Görüş sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasındakı ilk qarşılaşmada 3:3 hesabı qeydə alınıb.

PSJ - "Arsenal" matçının baş hakimi isə almaniyalı Feliks Zvayer olacaq. Oyun 7 may tarixində keçiriləcək və saat 23:00-da start götürəcək. Tərəflərin Londonda baş tutan ilk duelində fransızlar 1:0 hesablı qələbəyə sevinib.

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr