AZ

"Azərbaycan Suriyanın bərpasında fəal rol oynamağa hazırdır"- Millət Vəkili

"Əvvəlcə onu qeyd etmək istəyirəm ki, Suriya Azərbaycana coğrafi baxımdan kifayət qədər yaxın bir ölkədir. Bakıdan Dəməşqə olan məsafə, Bakıdan Moskvaya olan məsafədən iki dəfə qısadır. Tarixən də Azərbaycan Suriyayla daha sıx əlaqələrə malik olub, nəinki Rusiyayla. SSRİ dövründə bu münasibətlər demək olar ki, dayanmışdı. Lakin indi biz Türkiyə ilə yanaşı, Suriyanın yenidən qurulmasında fəal iştirak etmək niyyətindəyik."

Millət Vəkili Rasim Musabəyov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Suriyada Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı böyük şəxsiyyətlərin dəfn olunduğu yerlər var. Həmçinin, Suriyada vaxtilə Azərbaycanda təhsil almış xeyli sayda insan yaşayır və bu, əlaqələrimizin dərinləşməsi üçün mühüm sosial zəmin yaradır.

Təbii ki, Azərbaycan Suriyanın bütün bərpa yükünü təkbaşına üzərinə götürmək imkanında deyil. Hazırda ölkəmiz öz azad olunmuş ərazilərinin bərpası ilə bağlı genişmiqyaslı işlər həyata keçirir. Lakin bununla yanaşı, Azərbaycan həm humanitar yardım göstərir, həm də Suriyanın neft sənayesinin bərpası və inkişafı istiqamətində yaxından iştirak etmək niyyətindədir.

Düşünürəm ki, bu dəstək Suriya üçün olduqca vacibdir. Biz bütün sahələrdə – əlimizin çatdığı hər yerdə – Türkiyə və Çinlə birgə Suriyanın bərpası və güclənməsi istiqamətində fəaliyyət göstərməyə hazırıq."

Seçilən
0
news365.az

1Mənbələr