AZ

Direktoru işdən çıxdı, teatr başsız qaldı: "Məhkəmə qərarını haqlı hesab etmirdi"

AKI, 5 may. TELEQRAF

"Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan mayın 1-dən öz ərizəsi ilə işdən çıxıb. Səbəb onu göstərilib ki, Mingəçevir Şəhər Məhkəməsinin və Şəki Apelyasiya Məhkəməsinin qərar ilə razı deyil. O, məhkəmənin Mingəçevir Dövlət Dram Teatrının ədəbi hissə müdiri Elçin Məhərrəmli ilə bağlı qərarını haqlı saymırdı və Mədəniyyət Nazirliyinə müraciət etmişdi. Mədəniyyət Nazirliyi də ərizəni qəbul etdi və mayın 1-dən müqaviləyə xitam verdi”.

Bunu Teleqraf-a açıqlamasında Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamov (Türksoy) deyib.

"Hazırda Mingəçevir Dövlət Dram Teatrında İntiqam Soltanı əvəzləyən və teatrımızı idarə edən şəxs yoxdur. Çünki teatrımızda nə baş rejissor, nə də müavin var. Hələ Mədəniyyət Nazirliyi də direktoru əvəz edən şəxsi müəyyən etməyib. Hazırda hər kəs teatrda öz vicdanına görə işləyir. Məşqlərimizə davam edirik”, - deyə İ.Salamov deyib.

Aktyorun sözlərinə görə, əvvəllər Elçin Məhhərəmli ilə İntiqam Soltan münasibətləri yaxşı olub: "Həmişə direktor Elçin Məhərrəmliyə kömək edirdi. Düşünürəm ki, onların arasını vurdular. Onlar dava elədilər, bundan sonra Elçin Məhərrəmli işdən azad olundu. Nəticədə ziyan teatrımıza dəydi. Mingəçevir Dövlət Dram Teatrına köklü teatrdır. Mədəniyyət Nazirliyi teatrımıza xüsusi diqqət göstərsə, yaxşı olar. İntiqam Soltana uğurlar arzu edirəm”.

Qeyd edək ki, işdən azad olunmuş Mingəçevir Dövlət Dram Teatrının ədəbi hissə müdiri Elçin Məhərrəmli teatrın direktoru, Əməkdar artist İntiqam Soltanı məhkəməyə verib. Mingəçevir Şəhər Məhkəməsi işə bərpa tələbi ilə bağlı iddianı təmin edib, Şəki Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr