AZ

Naxçıvanda Azərbaycan XİN Aparatının müvafiq idarəsi yaradılır - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xarici İşlərNazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlərhaqqında fərman imzalayıb.

Trend xəbərverir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının Xarici İşlərNazirliyi haqqında Əsasnamə” təsdiq edilir.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturu”təsdiq edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Diplomatik xidməthaqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,Azərbaycan Respublikasının səfirlikləri, daimi nümayəndəlikləri,konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yenilayihələrini hazırlayıb üç ay müddətində Azərbaycan RespublikasınınPrezidentinə təqdim etməli; Azərbaycan Respublikasının Xarici İşlərNazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifəmaaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatikrütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşınaəlavələr, eləcə də həmin əməkdaşların digər təminatları iləəlaqədar təkliflərini hazırlayıb bir ay müddətində AzərbaycanRespublikasının Prezidentinə təqdim etməli; bu Fərmandan irəligələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi NaxçıvanMuxtar Respublikasındakı İdarəsi əsasında AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyi Aparatının müvafiqidarəsinin yaradılması ilə bağlı tədbirlər görməli; bu Fərmandanirəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlərgörməlidir.

Fərmanla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyininstrukturuna Azərbaycan Respublikası Xarici İşlər NazirliyininAparatı – idarələr və şöbələr və Azərbaycan Respublikasınındiplomatik nümayəndəlikləri və konsulluqları daxil edilib.

Seçilən
0
23
az.trend.az

10Mənbələr