AZ

Nkunku “Çelsi”dən ayrılmaq istəyir

Kristofer Nkunku İngiltərənin “Çelsi” komandasından ayrılmaq istəyir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, London klubunun heyətində daha çox UEFA Konfrans Liqasının oyunlarında meydana çıxan futbolçu növbəti ilə karyerasını başqa komandada davam etdirmək niyyətindədir.

27 yaşlı fransalı hücumçuya Almaniya “Bavariya”sından təklif var. Bundesliqa təmsilçisi bu ilin yanvar ayında oyunçunu transfer etmək üçün danışıqlar aparıb.

Qeyd edək ki, Kristofer Nkunku 2023-cü ilin yayında 60 milyon avroya Almaniyanın “Leypsiq” klubundan "Çelsi"yə keçib.

Seçilən
0
unikal.az

1Mənbələr