AZ

Mourinyodan şok iddia: Liqanın taleyi başlamamışdan əvvəl bəlli idi

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə çempionatının 34-cü turunda “Beşiktaş”a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis səs-küyə səbəb ola biləcək açıqlama verib. O, Superliqanın qalibinin əvvəlcədən müəyyənləşdirildiyini iddia edib:

“Oyunda qalib gəlmək və imkanlar yaratmaq istəyən yalnız bir komanda var idi – bu da biz idik. Bu gün məğlubiyyəti əsla haqq etmədik. VAR qərarları, hakimlərin qərarları, Yasin En-Nesiriyə qarşı verilməyən penalti... Artıq bu barədə danışmaqdan yorulmuşam.

Mənim səlahiyyətim yoxdur, heç nə dəyişmir, amma vəziyyət belədir, bu da acı reallıqdır. Futbolçularınızdan bəziləri kifayət qədər yaxşı çıxış etməyəndə, bu, kollektiv oyuna da təsir edir. Liqanın taleyi hələ başlamamışdan əvvəl bəlli idi. Ev oyunlarında baş verən məğlubiyyətlər həlledici oldu”.

Seçilən
0
publika.az

1Mənbələr