Mahaçqalada iki naməlum şəxs polis maşınına atəş açıb.
Missiya.Az “Kommersant”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub.
Cinayəti törədənlərdən biri öldürülüb, digər ikisi isə qaçıb. Onların axtarışları davam etdirilir.
Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb.