AZ

"Konstitusiya və Suverenlik İli” çərçivəsində Sərbəst güləş üzrə Xocavənd rayon açıq birinciliyi keçirilib

Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının, Xocavənd rayon İcra Hakimiyyətinin və Xocavənd rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin   birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr və gənclər arasında sərbəst güləş idman növü üzrə Xocavənd rayonun açıq birinciliyi keçirilib.

Turnirdə Ağdam, Ağcabədi, Sabirabad, Göyçay, Fizuli, Beyləqan və Xocavənd rayon komandalarının iştirakı ilə ümumilikdə 220 idmançı öz qüvvəsini sınayıb. 

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Yarışı giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov ümummilli lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın inkişafına da böyük diqqət yetirdiyini bildirib. Ölkə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahənin inkişafına yüksək dövlət qayğısı göstərildiyini bildirib. V. Hüseynov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş açıq birinciliyin əhəmiyyətindən söz açaraq idmançılara uğurlar arzulayıb.

Daha sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev və digər çıxış edənlər  idmançılara uğurlar arzulayıb və yarışın keçirilməsində əsas məqsədin Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan marağını artırmaq olduğunu qeyd edib.

Sonda qalib idmançılara, eləcə də digər yer tutan idmançılara təşkilatın adından Fəxri Fərmanlar və medallar təqdim olunub.

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr