Mahaçqalada (Dağıstan) hücum zamanı üç polis əməkdaşı həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
Bildirilib ki, yol-patrul xidmətinin ekipajına silahlı iki naməlum şəxs hücum edib.
Hücum edənlərdən biri cavab atəşi ilə öldürülüb, digəri qaçıb.