AZ

Keniya prezidentinə ayaqqabı atdılar — VİDEO

Keniya prezidenti Uilyam Ruto xalqa müraciət edərkən ona ayaqqabı atılıb. 

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Tədbirdən "Pool N3" "Telegram" kanalı tərəfindən yayılan videogörüntülərdən görünür ki, ayaqqabı prezidentin əlinə dəyib və o, xəsarət almayıb.

Hadisə mayın 4-də dövlət başçısının Miqori dairəsində keçirilən mitinqdə çıxışı zamanı baş verib. Ruto müraciətində yaşayış minimumundan danışıb.

Şərqi Afrika dövlətinin liderinin çıxışından sonra vergi artımından geri çəkilmək məcburiyyətində qaldığı və müxalifət üzvlərini kabinetdəki görüşə dəvət etdiyi, lakin Keniya cəmiyyətində narazılığın yüksək olaraq qaldığı bildirilir.

Ölkənin daxili işlər naziri Kipçumba Merkomen bildirib ki, polis hadisə ilə bağlı artıq üç nəfəri həbs edib.

Keniyada etirazlar 2024-cü ilin iyununda keçmiş ABŞ prezidenti Co Baydenin ölkəni "NATO olmayan əsas müttəfiqlər" sırasına daxil etməsindən sonra başlayıb. Kütləvi narazılığın əsas səbəbi vergi artımını nəzərdə tutan dövlət büdcəsi layihəsi olub. İğtişaşlarla əlaqədar Keniya prezidenti ölkə hökumətinin buraxıldığını elan edib.

 
 
Seçilən
0
demokrat.az

1Mənbələr