“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanında çalışa bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Əl-İttifaq” portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır. Ərəblər 62 yaşlı məşqçiyə 2 il üçün 50 milyon avro maaş təklif edib.
Joze Mourinyo mövsümün əvvəlində “Fənərbağça”nın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub