AZ

Zəlzələ ilə mübarizə milli məsələdir



Zəlzələ ilə mübarizə bizim üçün milli məsələdir. Biz bəzilərindən fərqli olaraq zəlzələ bölgəsinə səs-küylə gedib şəkil çəkdirməyə deyil, fəaliyyət göstərməyə, zəlzələ qurbanlarına yardım göstərməyə üstünlük veririk".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Türkiyə lideri deyib ki. Ərzincan zəlzələsindən tutumuş, əsrin fəlakətinə qədər hər zaman xalqın yanında olub, onun dərdinə şərik çıxılıb:

"820 gündür ki, dövlət bütün qurum və quruluşları, vəqfləri, yardım fondları ilə birlikdə zəlzələ bölgəsindədir. Bizi digərlərindən fərqləndirən əsas məqam məhz budur".

Ərdoğan bir daha bu kimi faciələrlə üzləşməməyi Allahdan arzu edib, zəlzələ qurbanlarına yardım göstərən hər kəsə dərin təşəkkürünü ifadə edib.

Mehman Mehdiyev
Seçilən
0
newscenter.az

1Mənbələr