AZ

Leyla Əliyevanın dəstəyi ilə qazimizin gözləri əməliyyat olundu - VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda hər iki gözünü itirmiş Kamran Baxışlıya implant gözlər yerləşdirilib.

"Cebheinfo.az" xəbər verir ki, Kamran Baxışlı yaxın günlərdə vətənə dönəcək. Bu münasibətlə qazimizin evinə baş çəkilib.

Ziyarətdə Milli Qəhrəman, şəhid general Polad Həşimovun anası Səmayə xanım, şəhid Natik Verdiyevin anası Səyarə xanım, “Fire land Group”un rəhbəri Cəlal Qurbanov, Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya oyunlarının mükafatçısı, üçqat dünya çempionu Hacı Əliyev, Xüsusi Təyinatlı Qüvvələrin qaziləri də iştirak ediblər.

Ziyarət zamanı azyaşlı muğam ifaçısı Hüseyn tərəfindən “Xudayar təsnifi” ifa olunub.

Qazimiz Kamran Baxışlının ailəsi və doğmaları adından Heydər Əliyev Fonduna, Fondun birinci vitse-prezidenti Leyla Əliyevaya və icraçı direktoru Anar Ələkbərova təşəkkür edilib.

"Cebheinfo.az" 

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr