AZ

Millimizin sabiq üzvü komandasından AYRILA BİLƏR

Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nazarov Almaniyanın Regionalliqa komandası “Offenbax”dan ayrıla bilər. 

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi hələ də onunla bağlı qərar verə bilmir. 

Yarımmüdafiəçi çempionatın 32-ci turu çərçivəsində “Valldorf” üzərində 3:2 hesablı qələbəyə qolla töhfə verməsinə baxmayaraq, hələ də gələcəyi qeyri-müəyyəndir.

Artıq bir neçə oyunçunun yayda komandadan ayrılacağı dəqiqləşib. İdman direktoru Kristian Hok bununla kifayətlənməyəcəklərini açıqlayıb.
 

O, detallı məlumat verməsə də, yaxın günlərdə növbəti xoşagəlməz xəbərlərin yayılacağını istisna etməyib. Yerli KİV azarkeşlərin ürəyincə olmayacaq həmin məlumatın Nazarovla bağlı olduğunu düşünür. 35 yaşlı pleymeyker cari mövsüm 13 qol, 8 assistlə yadda qalsa da, yaşının çoxluğu ilə əlaqədar onunla yeni müqavilənin imzalanmaması ehtimal edilir.


Qeyd edək ki, Dimitri Nazarov 2023-cü ilin yayından “Offenbax”ın formasını geyinir.

Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr