AZ

Simonyan Kopırkinlə görüşdü

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana gözlənilən səfərini müzakirə edib.

Bundan başqa, görüş zamanı ikitərəfli əməkdaşlıq və parlamentlərarası əlaqələr də müzakirə edilib.

Qeyd edək ki, Matviyenkonun İrəvana səfəri 2025-ci ilin iyun ayının əvvəlinə planlaşdırılıb.

Seçilən
0
axar.az

1Mənbələr