Çanaqqala Valiliyi yay aylarında gözlənilən temperatur artımı, külək və aşağı rütubət səbəbindən meşə yanğınları riskinə qarşı yeni tədbirlərin görüldüyünü açıqlayıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, valilik 1 iyun - 30 sentyabr 2025-ci il tarixləri arasında meşələrə girişin qadağan edildiyini bildirib.
Qeyd edək ki, ötən il Türkiyənin sözügedən vilayətində meşə yanğınları baş verib. Hadisə Türkiyəyə böyük məbləğdə ziyan vurub.