AZ

Abituriyentlərin DİQQƏTİNƏ: Universitetlərə qəbulda YENİLİK – RƏSMİ

Ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik edilib. Bununla bağlı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda qeyd olunub.

Bəs, sözügedən dəyişiklik nədən ibarətdir? Hansı ixtisas qruplarını əhatə edir?
 

MÖVZU İLƏ BAĞLI:

Mayın 11-də imtahan verənlərin NƏZƏRİNƏ!


Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Bizim.Media-ya əsas dəyişikliklərdən danışıb.

O, bildirib ki, dəyişiklik iştirakçıların hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyatı zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini seçmələridir.

“Lakin həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər hər imtahan sessiyasında bir altqrup üzrə seçim etməklə (məsələn, yaz imtahan sessiyasında RK, yay imtahan sessiyasında Rİ) ümumi müsabiqə şərtlərini ödədikləri halda, hər iki altqrupa aid ixtisasları yenə də seçə bilərlər. Bundan başqa, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 saylı əlavə “İxtisas qrupları və ixtisaslar” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğunlaşdırılıb”,- o deyib.

Sektor müdiri qeyd edib ki, uyğunlaşdırma zamanı müvafiq ixtisas qruplarına yeni ixtisaslar əlavə edilib.

“I ixtisas qrupu üzrə:

Riyaziyyat-kimya (RK) altqrupuna: Riyaziyyat və fizika müəllimliyi,  Xüsusi rabitə vasitələri mühəndisliyi, Kənd təsərrüfatı texnologiyaları, Qida texnologiyaları, Heyvandarlıq.

Riyaziyyat-informatika (Rİ) altqrupuna: Data analitikası,Proqram təminatı mühəndisliyi.

III ixtisas qrupunun Dil-tarix (DT) altqrupu üzrə: Xüsusi pedaqogika, Kommunikasiya və rəqəmsal media, Dövlət təhlükəsizliyi və idarəetmə.

IV ixtisas qrupu üzrə: Qidalanma və diyetologiya.

V ixtisas qrupu üzrə: Adaptiv bədən tərbiyəsi, Kütləvi sağlamlaşdırıcı idman, Ümumi fiziki hazırlıq”.

Ayşən Rəhim, Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr