AZ

Professor: İcbari tibbi sığorta paketinə daxil olan dərman vasitələri xəstəliklər üzrə açıqlanmalıdır

İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində əhalinin tibbi xidmətlərə əlçatanlığı artıb.
Bunu Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O qeyd edib ki, resept əsasında ürək, sonra tənəffüs yolu xəstəlikləri üzrə dərmanların tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur: “Hazırda xidmətlər zərfi çərçivəsində ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələrinin, anesteziya xidmətinin və s. İTS tərəfindən qarşılanması üzrə işlər də görülür”.


Professor Adil Qeybulla Sherg.az-a açıqlamasında deyib ki, icbari tibbi sığorta paketinə daxil olan dərman vasitələri xəstəliklər üzrə açıqlanmalıdır: 

“Yəni insanlar bilməlidir ki, bu hansı dərman vasitələridir. Həmin dərman preparatlarının ambulator müalicə prosesində nə qədər işlədilməsi isə klinik protokollar ilə müəyyən edilir. Yəni klinik protokollarda göstərilir ki, xəstəlikdən sonra müalicəsində nə qədər müddətə bunu qəbul etməlidir. Bəzi dərman preparatları var ki, onlar ömür boyu qəbul edilir. Bunlar paketdə açıq göstərilməlidir ki, vətəndaşlar da ona uyğun olaraq fəaliyyətlərini qursunlar. Ailə həkiminin resepti isə o halda, kifayət olur ki, kardioloq və yaxud da stasionarda ağciyər, ürək fəaliyyəti ilə məşğul olan həkim bunu təyin edir. Sonra ailə həkimi bu resept əsasında həmin dərman preparatını yeni reseptə uzada bilər”.
Seçilən
0
sherg.az

1Mənbələr