AZ

18 il özünü ilanlara sancdırdı

ABŞ-də Tim Frid adlı şəxs 18 il ərzində özünü kobralar, mambalar və digər ölümcül ilanlara sancdıraraq orqanizmində güclü immunitet formalaşdırıb.

Busaat.az xəbər verir ki, onun qanından əldə edilən antikorlardan istifadə edən alimlər, 19 ilan növünə qarşı effektiv zəhər əleyhinə dərman hazırlayıblar.

İmmunoloq Dr. Yakob Qlenvil və Kolumbiya Universitetindən Prof. Dr. Piter Kvonqun rəhbərliyi ilə hazırlanmış bu dərman siçanlar üzərində aparılan testlərdə yüksək təsir göstərib.

Hazırda dərman yalnız laboratoriya şəraitində sınaqdan keçirilib. Alimlər gələcəkdə bütün ilan növlərinə qarşı universal zəhər əleyhinə dərman hazırlamağı planlaşdırır.

Aqil Nuriyev

Busaat.az

Seçilən
0
busaat.az

1Mənbələr