AZ

"Çempion olmaq üçün riyazi şanslar var, ancaq ümidim yoxdu" - Teymur Eyvazov

"Baku Fire" futzal üzrə yüksək liqanın 16-ci tur matçında lider "Araz-Naxçıvan"a uduzdu (0:2) və çempion olmaq şansını böyük ölçüdə azaltdı. Uğursuz nəticə üzündən 3-cü pilləyə enən paytaxt təmsilçisi bundan sonra yalnız möcüzəyə ümid edə bilər. Halbuki kollektiv mövsümə yaxşı başlamış, 15-ci tura lider kimi qədəm qoymuşdu. Lakin komanda əvvəl "ağ-qaralar"a, ardından "qırmızı-ağlar"a uduzdu.

Bəs ardıcıl məğlubiyyətlərin səbəbi nədi? Bakılılar hələ də çempion olacağına inanırmı?

Bu suallarla "Baku Fire"ın baş məşqçisi Teymur Eyvazova müraciət etdik:
"Araz-Naxçıvan"a topa daha çox nəzarət etməyə imkan versək, ciddi təzyiq göstərəcəklərini bilirdik. Çünki rəqibin heyətində güclü legionerlər çıxış edir. Bu səbəbdən oyunboyu 5-ci oyunçudan daha çox istifadə etdik. Matç plan üzrə getdi. Birinci hissədə daha yaxşı oynadıq. İkinci yarının ilk 3 dəqiqəsində qapımız önündə bir neçə qol vəziyyəti yarandı. Qol fürsətlərimiz kifayət qədər olsa da, bunlardan istifadə edə bilmədik. Müdafiə xəttində bir neçə dəfə səhvə yol verdik. İlk qolu standart vəziyyətdən buraxdıq. Sonra hesabı bərabərləşdirmək üçün daha çox irəli atıldıq və riskli oynamaq məcburiyyətində qaldıq. Belədə ikinci qolu buraxdıq. Komandam bu oyunda çox yaxşı təsir bağışladı. Qələbəyə layiq oyun göstərdik. Çempion olmaq üçün riyazi şanslar var, ancaq ümidim yoxdu. Əsas rəqiblərdən yalnız "Neftçi" ilə oyunumuz qalıb".

KƏNAN BAHADIR
Seçilən
0
football-plus.az

1Mənbələr