AZ

Kaya Kallas İranın xarici işlər naziri ilə ilk dəfə danışdı: Əsas mövzu nüvə proqramı oldu- ÖZƏL

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas 1 dekabr 2024-cü ildən bu vəzifəyə təyin olunmasından sonra ilk dəfə İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıb. Olaylar.az xəbər verir ki,  bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib.
"İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışaraq, nüvə məsələlərində diplomatiyanın vacibliyini və regionda gərginliyin azaldılması ehtiyacını vurğuladım", - deyə Kallas bildirib.
O, İranı Rusiyaya hərbi dəstək verməyi dayandırmağa çağırıb və Avropa İttifaqı vətəndaşlarının İranda casusluq ittihamı ilə saxlanılmasından narahatlığını ifadə edib. Kallas vurğulayıb ki, Brüssel və Tehran arasındakı münasibətlərin gələcəyi bu məsələlər üzrə irəliləyişdən asılı olacaq.
Xatırladaq ki, Avropa İttifaqının əvvəlki diplomatiya rəhbərləri - Xavyer Solana (1999-2009) və Federika Mogerini (2014-2019) də İranla aparılan nüvə danışıqlarında əsas vasitəçilərdən biri olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr