AZ

Xırdalanda kişi binadan özünü atmaq istədi – xilasedildi

Ötən gecə Abşeron rayonunun Xırdalan şəhərində bir nəfər yaşadığı mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əməliyyat şəraitini qiymətləndiriblər.

Məlum olub ki, 26 yaşlı Aməddin Bəşirov özünə xəsarət yetirdikdən sonra altımərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edib.

Xilasedicilərin onunla apardığı psixoloji söhbətlər nəticəsində vətəndaş intihar fikrindən daşınıb və xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Seçilən
0
news365.az

1Mənbələr