AZ

Kursk vilayətində dronların hücumu nəticəsində 3 nəfər həlak olub

Ukrayna Silahlı Qüvvələrinə (PUA) məxsus pilotsuz uçuş aparatının (PUA) Kursk vilayətində maşınlara hücumu nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə mayın 5-də regionun qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat verib.

"Bu gün səhər Bolşesoldatski rayonu ilə sərhəddə yerləşən Belovski rayonunun Şçeqolek kəndi yaxınlığında Ukraynaya məxsus FPV pilotsuz uçan aparatı "Lada Largus"a hücum edib.  Zərbə nəticəsində təəssüf ki, iki qadın ölüb", - Xinşteyn Teleqram kanalında bildirib.

Xəsarət alan kişi və iki qadının Kursk vilayət xəstəxanasına aparıldığı dəqiqləşdirilir.

QAZİLER.AZ

Seçilən
0
qaziler.az

1Mənbələr