AZ

"Rusiyanın Ukrayna cəbhəsində ciddi şəkildə mövqelər itirməsi mümkündür"

"ABŞ və Ukrayna arasında "mineral ehtiyatlarla" bağlı müqavilənin bağlanması Kiyevin siyasi qələbəsidir. Bu müqavilə ABŞ Ukraynaya hərbi -siyasi dəstəyini artıracaq. Bununla da Rusiyanın Ukraynada qələbə əldə etmək planı mümkün görünmür. V. Putin D. Trampın atəşkəs şərtini qəbul etməməsi və digər şərtlər irəli belə bir müqavilənin imzalanmasına gətirib çıxardı. ABŞ Ukraynaya silah yardımını həyata keçirir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Rusiya və ABŞ arasında danışıqlar prosesi müsbət nəticələnmədi:

"ABŞ Rusiya danışıqları fiaskoya uğradıqdan sonra, D. Tramp neft qiymətlərinin aşağı salınması üçün Səudiyyə Ərəbistanı ilə razılağa gəlib. İsraildən Ukraynaya "Patriot" havadan müdafiə sistemləri göndərilir. Rusiyanın neft- qaz, bank sisteminə sanksiyalar paketi hazırlanır. Bu ilin axırına kimi Rusiyanın Ukrayna cəbhəsində ciddi şəkildə mövqelər itirməsi mümkündür.

Yay aylarında başlayaraq cəbhədə ağır itkilər yaşanacağı təqdirdə Moskva Kiyevlə İstanbulda yenidən ikitərəfli danışıqlar aparmaq üçün real hərəkətə keçə bilər".

Vasif ƏLİHÜSEYN 

Seçilən
0
redaktor.az

1Mənbələr