AZ

Azərbaycan klubu tanış baş məşqçini geri qaytarmaq üçün hərəkətə keçdi - SON DƏQİQƏ

Aleksey Baqa yenidən Azərbaycana qayıda bilər.

"Sumqayıt" bu məqsədlə keçmiş baş məşqçisi ilə təkrar təmas qurub.

"Kimyaçılar"la belaruslu mütəxəssis arasında danışıqlar hazırda ilkin mərhələdədir.

Onunla anlaşıb-anlaşmamasından asılı olmayaraq, «Sumqayıt» növbəti mövsümə yeni baş məşqçi ilə başlayacaq.

Redaksiyamıza daxil olan informasiyaya görə, əksər futbolçular Vaqif Cavadovun iş metodundan kəskin narazıdır. Onlar klub rəhbərliyinə müraciət edərək, gənc mütəxəssislə daha çalışmaq istəmədiklərini bildiriblər.

Oyunçular Cavadovun kollektiv üzvləri ilə düzgün münasibət qurmadığını, özünü yuxarıdan apardığını, çox vaxt yersiz gərginlik yaratdığını vurğulayıblar.

Şikayətlərin çoxluğunu nəzərə alan rəsmilər Cavadovu sükan arxasından uzaqlaşdırmaq qərarına gəlib.

Amma bu qərarın açıqlanması mayın sonuna saxlanılıb, indiyə yox. Çünki Premyer Liqada mövsümün başa çatmasına hələ 3 tur qalıb.

Vaqif Cavadov ötən ilin oktyabrında yeni işinin başına keçib. O, bu postda Samir Abasovu əvəzləyib.

Cavadov 2025-ci ilin yanvarında baş məşqçi vəzifəsinə təsdiqlənib. Tərəflər arasında 2,5 illik maqavilə imzalanıb.

Sükan arxasında dəyişiklik «kimyaçılar»ı düz yola çıxarmayıb. Komanda geridə qalan müddətdə qeyri-sabit təsir bağışlayıb - həm oyun, həm də nəticə mənasında.

Sumqayıtlılar ölkə kuboku ilə ¼ final mərhələsində vidalaşıb. Premyer Liqanın geridə qalan 33 həftəsində cəmi 30 xal toplayan kollektiv turnir cədvəlinin 8-ci pilləsində yerləşib.

2021-ci ilin dekabrında bura baş məşqçi təyin olunan Baqa 2022-ci ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib.

Belaruslu "Sumqayıt"dan başqa, "Sokol" (Rusiya) “Şaxtyor" (Soliqorsk), BATE, “Jalqiris” (Litva) və “Aktobe”ni (Qazaxıstan) çalışdırıb. O, BATE, "Şaxtyor" və "Jalqiris"ə çempionluq titulu qazandırıb.

SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr