AZ

Turçin: Azərbaycan və Belarus münasibətləri zamanla sınaqdan keçib

BAKI, 5 may. TELEQRAF

Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq mövcuddur və bu münasibətlər zamanla sınaqdan keçib. Belarus və Azərbaycanın dövlət başçılarının əlaqələri bu tərəfdaşlığın güclü göstəricisidir.

Teleqraf xəbər verir ki, bu fikri Belarusun Baş naziri Aleksandr azərbaycanlı həmkarı Əli Əsədov ilə geniş tərkibdə keçirilən görüşdə ifadə edib.

Turçin bildirib ki, Azərbaycan və Belarus arasındakı əməkdaşlığın əsasını ticarət və iqtisadi sahələr təşkil edir. Bu sahələr çox genişdir və əməkdaşlıq yüksək intensivliklə inkişaf edir. O qeyd edib ki, ötən il hər iki ölkə arasında ticarət dövriyyəsinin artması yaxşı göstəricilərə sahib olub: “Bu, bizə sevinc verir, amma düşünürəm ki, hələ də daha çox irəliləmək potensialımız var.”

Baş nazir əlavə edib ki, xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpası məsələsində əməkdaşlıq edə bilərlər:

“Biz bu istiqamətdə kompleks həll yolları tapmağa hazırıq. Bu həm yaşayış binalarının tikintisi, həm də istehsal sahələrinin inkişafını əhatə edir. Çünki insanların ilk növbədə iş yerlərinə və sabit gəlirə ehtiyacı var.”

Turçin həmçinin, sənaye sahəsində əməkdaşlığın inkişafı, yeni sahələr üzrə birgə işlər, yanğınsöndürmə və xüsusi kommunal texnikaların istehsalı kimi mövzuların da müzakirə olunacağını bildirib.

Seçilən
0
4
teleqraf.com

10Mənbələr