AZ

Azərbaycanda aviaşirkətlər yük daşımadan 2,7 mlrd. ₼ qazanıblar

2024-cü ildə hava nəqliyyatı ilə yük daşınmadan gəlirlər 2 milyard 657 milyon 350,7 min manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu 2024-cü ilin eyni dövrü ilə ilə müqayisədə 505 milyon 122,2 min manat və ya 23,5% artıb.

2023-cü ilin sonunda  isə aviaşirkətlər 2 milyard 152 milyon 228,5 manat gəlir əldə etmişdi.

Əldə edilmiş gəlirlərin 2 milyard 665 milyon 893,5 min manatı beynəlxalq, 1 milyon 457,2 min manatı isə daxili reyslərin payına düşüb.

Beynəlxalq reyslərdən əldə edilən gəlirlər 505 milyon 141,2 min manat (23,5%) artıb, daxili reyslərdən əldə edilmiş gəlirlər isə 19 milyon manat (1,3%) azalıb.

Seçilən
0
fed.az

1Mənbələr