Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü vəAlmaniyanın “Hertie School” Unversitetinin tərəfdaşlığı iləkeçirilən “Rəqəmsal akademiya”nın növbəti səfəri SəudiyyəƏrəbistanına baş tutub.
İRİA-dan Trend-ə verilən məlumata görə, “Rəqəmsaltransformasiya və dövlət sektorunda səmərəlilik” mövzusuna həsrolunmuş bu sessiyada Azərbaycanın dövlət qurumlarının nümayəndələrivə Səudiyyə Ərəbistanının rəqəmsallaşma üzrə aparıcı ekspertləriiştirak edib.
Bu səfərin məqsədi Səudiyyə Ərəbistanının rəqəmsaltransformasiya strategiyası, rəqabətqabiliyyətli rəqəmsalekosistemin inkişafı istiqamətində reallaşdırdığı fəaliyyətlə bağlıtəcrübənin öyrənilməsi olub. Görüşlər zamanı Azərbaycanın rəqəmsalinkişaf yanaşması və rəqəmsal həlləri haqqında ətraflı məlumatverilib, həmçinin ölkə təcrübəsinin Səudiyyə Ərəbistanındatətbiqini nəzərdə tutan əməkdaşlığın perspektivləri üzrə danışıqlaraparılıb.
İkigünlük proqram çərçivəsində Səudiyyə Ərəbistanının RəqəmsalHökumət İdarəsi (DGA) nəzdində yeni yaradılmış “Innovation Hub” ilətanışlıq turu baş tutub. Bu ölkənin Data və Süni İntellekt üzrəİdarəsində (SDAIA) tədqiqat və innovasiya təşəbbüsləri, eləcə dətənzimləyici çərçivələr, siyasət və qərarvermə mexanizmlərimüzakirə olunub.
Bununla yanaşı, Rabitə, Kosmos və Texnologiyalar Komissiyası(CST) və “KAPSARC”da görüşlər keçirilib. “KAPSARC”da baş tutangörüşdə bu qurumun prezidenti Fahad Alajlan və AzərbaycanRespublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə vəsəlahiyyətli səfiri Şahin Abdullayev də iştirak edib. “KAPSARC”da,həmçinin sahənin ekspertləri və rəhbər şəxslərlə fikir mübadiləsiaparılıb. Müzakirələrdə enerji sektorunda rəqəmsal transformasiya,dövlət şirkətlərində rəqəmsallaşma siyasəti və süni intellektintətbiqi kimi mövzular ətrafında diskussiyalara geniş yerayrılıb.
İRİA-nın sədr müavini Şahin Əliyev səfər çərçivəsində hər ikiölkə arasında rəqəmsal təcrübə mübadiləsi məqsədilə nəticəyönümlümüzakirələr aparıldığını bildirib. O, həmçinin Səudiyyə Ərəbistanıtərəfindən Azərbaycanın bir sıra rəqəmsal həllərinə, xüsusilə dəRəqəmsal Sənəd dövriyyəsinə maraq göstərildiyini vurğulayıb: “Busəfərdə səudiyyəli həmkarlarımızla faydalı müzakirələr baş tutdu.Bizim rəqəmsal həllərə, xüsusilə də Rəqəmsal Sənəd Dövriyyəsinəmaraq böyükdür. Gələcəkdə əməkdaşlığımızı bu istiqamətdə davametdirəcəyik ”.
Qeyd edək ki, “Rəqəmsal akademiya”nın strateji sessiyasında vəsəfərlərdə nazir müavinləri, dövlət qurumları rəhbərlərininmüavinləri və müşavirlər də daxil olmaqla indiyədək 43 dövlətqurumundan 70 nəfər rəhbər kadr iştirak edib. Bu təşəbbüsün davamıolaraq, proqram çərçivəsində bir sıra səfərlər həyata keçirilib.Cari ilin 27-28 yanvar tarixlərində rəhbər şəxslərin iştirakı iləAlmaniya Federativ Respublikasına (Berlin şəhəri) və aprelin 10-11tarixlərində Sinqapura müvafiq səfərlər həyata keçirilib.