“Gezi Parkı” istintaqı çərçivəsində həbs edilən menecer Ayşe Barımın “Türkiyə Respublikası hökumətini devirməyə cəhdə köməklik etmək” ittihamı ilə 30 ilə qədər həbs cəzası tələbi ilə açılan cinayət işinin ilk iclasının vaxtı məlum olub.
Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.Belə ki, İstanbul 26-cı Ağır Cəza Məhkəməsində prokurorluq tərəfindən Ayşe Barım barəsində hazırlanan ittihamnamənin baxışı başa çatıb. Nəticədə ittihamnaməni qəbul edən məhkəmə ilkin hesabatda ilk iclasın iyulun 7-də keçirilməsinə qərar verib.Zərintac MayisqızıMissiya.Az