AZ

Sağlam qalmaq üçün nə qədər və necə gəzmək lazımdır?

Sadə, amma təsirli məsləhətlər

Tribunainfo.az xəbər verir ki, gündəlik gəzintinin insan sağlamlığına nə qədər vacib təsir göstərdiyi artıq bir çox tədqiqatlarla sübut olunub. Ancaq təkcə neçə addım atmaq deyil, necə gəzdiyiniz – yəni gəzinti tempi də önəmlidir. Alimlərin fikrincə, sürətli gəzmək ürək sağlamlığı üçün xüsusilə faydalıdır.

Sürətli gəzinti ürək ritmini qoruyur

Tədqiqatlar göstərir ki, təxminən saatda 6,5 km və daha yüksək sürətlə davamlı gəzmək, ürək ritm pozuntusu riskini demək olar ki, iki dəfə azalda bilər. Belə ritm pozuntularına fibrilasiya, taxikardiya və ya bradikardiya kimi ciddi problemlər daxildir.

Britaniyada 80 mindən çox insan üzərində aparılan müşahidələrə əsasən, alimlər gəzmə tempini üç kateqoriyaya ayırıblar:

Zəif – 4,8 km/saatdan aşağı,
Orta – 4,8–6,5 km/saat,
Sürətli – 6,5 km/saatdan yuxarı.
Sürətli tempdə gəzmək ürək ritmi pozğunluğu riskini 43% azaldır, uzunmüddətli belə gəzmələr isə əlavə olaraq ürək xəstəlikləri riskini 27%-ə qədər azaldır.

Mütəxəssislərin sözlərinə görə, bu nəticələr bioloji baxımdan əsaslıdır:

“Sürətli gəzmək piylənməni və iltihabi halları azaldır, bu isə aritmiya riskini əhəmiyyətli dərəcədə aşağı salır. Araşdırmalar göstərir ki, gəzmə sürəti piylənmə, şəkər, yüksək təzyiq kimi metabolik risk faktorları ilə tərs mütənasibdir.”
Arıqlamaq istəyənlər üçün: sürətli gəzişlə kalori yandırmaq mümkündür
Həkimlər bildirir ki, gəzinti həm də çəki atmaq üçün faydalıdır. Sürətli tempdə 30 dəqiqəlik bir yürüş təxminən 200 kalori yandırmağa kömək edir. Əsas məsələ temp və davamlılıqdır – nəticə yavaş gələ bilər, amma davamlılıqla effektli olacaq.

Səhərlər acqarına gəzmək də faydalı hesab olunur. Əgər narahatlıq yaratmırsa, səhər yeməyindən əvvəl 20 dəqiqəlik gəzinti orqanizm üçün xeyirlidir. Vaxt imkanınız varsa, bu müddəti 1 saata qədər artırmaq olar.

Gündə neçə addım kifayətdir?
Beynəlxalq sağlamlıq tövsiyələrinə görə:

Sağlam böyüklər üçün: 6 000 – 8 000 addım,
Xroniki xəstəliyi olanlar üçün: 3 500 – 5 500 addım.
Unutmayın ki, əsas məsələ yalnız addım sayı deyil, həm də necə və hansı tempdə gəzdiyinizdir.

İmran Kərimli

Seçilən
0
tribunainfo.az

1Mənbələr