Harri Keyn karyerasında ilk kubokunu qazanıb.
Msport.az xəbər verir ki, ingiltərəli hücumçunun komandası “Bavariya” Almaniya çempionluğunu vaxtından əvvəl təmin edib.
Bu, Bundesliqanın 32-ci turunda “Bayer”in “Frayburq”la 2:2 hesablı heç-heçəsindən sonra mümkün olub. 31 yaşlı Keyn bununla karyerasındakı ilk titulunu qazanıb. O, bu hadisəyə sosial şəbəkədə kubok emodzisi paylaşaraq reaksiya verib.
Qeyd edək ki, Keyn İngiltərə millisinin və “Tottenhem”in tarixində ən çox qol vuran futbolçudur. O, İngiltərə çempionatında üç dəfə, Almaniya çempionatında isə bir dəfə mövsümün bombardiri olub.