AZ

Türkiyənin 4 vilayətində GENİŞMİQYASLI ƏMƏLİYYAT

Türkiyə Daxili İşlər Nazirliyinin həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar nəticəsində Dənizli, İzmir, Kırklareli və İstanbulda 6 ayrı mütəşəkkil cinayətkar təşkilata zərbə endirilib.

“Busaat.az” xəbər verir ki, daxili İşlər naziri Əli Yerlikaya sosial media hesabında verdiyi açıqlamada ümumilikdə 71 nəfərin saxlanıldığını, onlardan 43-nün həbs edildiyini, 14 nəfər haqqında isə məhkəmə nəzarəti qərarı verildiyini bildirib.

Yerlikaya qeyd edib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə qətiyyətlə davam etdirilir və heç bir cinayətkarın cəzasız qalmasına imkan verilməyəcək.

Nərmin Səmidova

Busaat.az

Seçilən
0
busaat.az

1Mənbələr