AZ

Hindistan HHQ Pakistan sərhədində yüksək hazırlıq vəziyyətinə gətirilib

Hindistan HHQ Pakistan sərhədində yüksək hazırlıq vəziyyətinə gətirilib

Hindistan Hərbi Hava Qüvvələri Pakistanla sərhəddə yüksək hazırlıq vəziyyətinə gətirilib. AFN.az xəbər verir ki, bu barədə “The Times of India” Hərbi Hava Qüvvələri komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.Bildirilir ki, Racastan və Pəncab əyalətlərindəki irəli bazalarda tam silahlarla təchiz edilmiş döyüş təyyarələri bölmələri dərhal döyüş növbələri üçün daim hazır vəziyyətdədir. Döyüş tapşırıqlarını yerinə yetirmək üçün Fransadan alınmış 300 km-dən çox mənzilli "Scalp" hava-yer tipli qanadlı raketlərə malik "Rafale" çoxməqsədli qırıcılarından istifadə oluna bilər.Qəzet qeyd edir ki, Hindistan hərbi aerodromlarında təyyarələrin döyüş hazırlığı Pakistan hərbçilərinin mayın 5-nə keçən gecə Kəşmirdə bütün nəzarət xətti boyunca səkkiz sektorda baş verən səbəbsiz atəşə məruz qalması səbəbindən artırılıb.

Seçilən
0
afn.az

1Mənbələr