Son günlər Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini olan Pərvin Ağasiyev haqqında rezonansa çevrilən qalmaqallı məlumatların ardı arası kəsilmir. Bir neçə təhsil müəssisəsində şagirdlərin tədrisdən yayındırılması faktlarında, həmçinin çalışdığı müddətdə əldə etdiyi mal-mülklə adı çox hallanan Pərvin Ağasiyevin bu əməlləri barədə bir neçə keçmiş direktorun açıqlama verməsi böyük qalmaqala səbəb oldu.
2019-2022-ci illərdə Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışdığı müddətdə rayonunun Məşrif kənd orta məktəbinin direktoru Seyidov İlqar Mehyəddin oğlu kislata içərək intihar edib. Onun həyat yoldaşı Nərminə Seyidova mətbuata verdiyi müsahibədə, yoldaşı İlqar Mehdiyevin intihar etməsini Pərvin Ağasiyevlə öncədən razılaşdırılıb tədrisdən yayındırılan şagirdlər məsələsi olduğunu bildirmişdi. Daha sonra Siyəzən rayon Nazim Əsədov adına 4-saylı tam orta məktəbinin yoxa çıxan kondisioneri məsələsi gündəm oldu. 2020-ci ilin aprel ayında Siyəzən şəhər 2-saylı tam orta məktəbi əsaslı təmir edilərək yeni inventar avadanlıqları ilə təchiz edilib.Təhsil ocağının köhnə inventarları, xüsusən mebel dəstləri və bir ədəd istifadəyə yararlı kondisioneri aktlaşdırılaraq Siyəzən rayon 4-saylı tam orta məktəbinə təhvil verilib. Bir müddət sonra isə həmin kondisioner naməlum şəraitdə yoxa çıxıb. Məktəbin o zamanki direktoru Tərlan Bağırova “7Times.az”-a verdiyi açıqlamada həmin kondisionerin Pərvin Ağasiyev tərəfindən aparıldığını bildirib.
Ötən həftə isə Pərvin Ağasiyevin Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu imtahanını keçmədiyi üçün qanunsuz fəaliyyət göstərməsi haqqında yayılan iddialara cavab verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Pərvin Ağasiyevin 2019-cu ildən daimi dövlət qulluğu vəzifəsində çalışdığını açıqladı.
Qeyd edək ki,Pərvin Ağasiyev 2019-2022-ci illərdə Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. O zaman Regional Təhsil İdarəsi strukturu olmadığı üçün rayon təhsil şöbələrinin müdir vəzifələri üçün təqdimatları Rayon İcra Hakimiyyətlərinin başçısıları verirdi. Elə Pərvin Ağasiyevində Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə olan təqdimatını 2019-cu ildə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov verib. Amma bir ildən sonra onun fəaliyyəti qənaətbəxş hesab edilmir və bununla yanaşı Pərvin Ağasiyevin özünün yaratdığı bir sıra promlemlərə görə Novruz Novruzov onun təqdimatını yeniləmir və beləliklə Pərvin Ağasiyevin Təhsil Şöbəsinin müdiri kimi vəzifəsinə son verilir. Qısa müddət keçdikdən sonra Pərvin Ağasiyev yenidən həmin vəzifəyə qayıtmaq üçün tanıdığı bir neçə şəxsi icra başçısı Novruz Novruzovu yenidən razı salmaq üçün onun qəbuluna göndərir. Amma Novruz Novruzov Pərvin Ağasiyevin yenidən bu vəzifəyə qayıtmasına razı olmur və hətta qətiyyətlə buna qarşı çıxır. Çarəsiz duruma düşən Pərvin Ağasiyev icra başçısı Novruz Novruzovu razı salmaq və fikrindən daşındırmaq üçün bütün səylərini səfərbər edir. Pərvin Ağasiyev sonda öz anasını icra başçısının qəbuluna yollayır və anası Novruz Novruzovdan oğlunun yenidən bu vəzifəyə təqdimat verməsini xahiş edir. Bundan sonra mövqeyini və fikrini yumuşaldan icra başçısı Novruz Novruzov Pərvin Ağasiyevin Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsi üçün gərəkli olan təqdimatı verir. Beləliklə Pərvin Ağasiyev yenidən həmin vəzifəyə təyin edilir.