Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Rusiyada yaşayan qardaşı ortaya çıxıb.
Publika.az xəbər verir ki, musiqiçi qardaşının adının Pərviz olduğunu deyib. Hüseyn bildirib ki, bunu heç kim bilmir:
"Bircə ailəm bilir. Rok ifaçısıdır. Orada Stas adında tanınır. Atamın irinci ailəsindən olan övladıdır. Danışırıq, bayramlarda məni təbrik edir. Onu tapanda o qədər ağladım ki... Onu 7 il əvvəl tapdım. Sonuncu dəfə 1990-cı ilə görmüşdüm. Azərbaycana gəlmişdi, 1 il bizdə qaldı. Sonra getdi. Onu axtarırdım və sosial şəbəkədən tapdım".
Pərviz "Günaydın, Azərbaycan" verilişinə telefonla zəng edib.(Axşam.az)