AZ

Ukrayna müharibəsini mən dayandırdım - Tramp

BAKI, TurkicWorld

“Mən olmasaydım, bütün Ukrayna işğal ediləcəkdi.”

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp müsahibəsində Rusiya-Ukrayna müharibəsinə dair iddialı açıqlamalar verib.

"Mən müdaxilə etməsəydim, onlar indi bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiya hazırda əlində olan ərazilərlə kifayətlənmək niyyətində deyil", – deyə Tramp bildirib.

O, Rusiya ilə Ukrayna arasında sülh danışıqları mövzusuna toxunaraq, tərəflərdən birinə daha yaxın olduğunu qeyd etsə də, konkret ad çəkməkdən imtina edib.

Müsahibədə Tramp ticarət və Çinlə bağlı məsələlərə də toxunub. O, ABŞ-ın tətbiq etdiyi tariflər nəticəsində Çində fabriklərin bağlandığını, işsizliyin artdığını və ölkənin iqtisadi durumunun zəiflədiyini bildirib. Tramp, tarifləri müəyyən şərtlərlə aşağı sala biləcəyini, lakin əsas məqsədin Çinlə ticarət balansını bərpa etmək olduğunu deyib.

Tarifləri vergi kimi deyil, ABŞ-a investisiya və istehsal təşviqi kimi gördüyünü vurğulayan Tramp, bu siyasətin ABŞ-da daha çox zavod və fabrik tikintisinə səbəb olduğunu bildirib.

Qeyd edək ki, Donald Tramp 2024-cü il prezident seçkilərində yenidən namizədliyini irəli sürüb və kampaniyası çərçivəsində Rusiya-Ukrayna müharibəsinə tez bir zamanda son qoyacağını vəd edib.

Seçilən
0
turkic.world

1Mənbələr