Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-mart aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 28 milyon 171 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 8 milyon 722 min manat və ya 23,6% azalıb. Ötən ilin yanvar-mart ayında bu növ üzrə sığorta yığımlarının məbləği 36 milyon 893 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 272 min manat və ya 48,6% artaraq 832 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!