AZ

İrəvandan Nikol Paşinyanın impiçmenti ilə bağlı açıqlama

BAKI, 5 may. TELEQRAF

“Yaz-yay kolleksiyası” üçün siyasi nümayişlər dövrü gəldiyi üçün Ermənistan müxalifəti yenidən Baş nazir Nikol Paşinyanın impiçmenti məsələsini gündəmə gətirib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Mövcud vəziyyətin bu prosesi başlamaq üçün yetərli olub-olmaması ilə bağlı suala Simonyan belə cavab verib:

“Ermənistan qanuni şəkildə seçilmiş hökumətə malikdir və bugünkü sorğular da onu göstərir ki, hakim partiya sorğularda birinci yerdədir və Ermənistan xalqı arasında ən böyük dəstəyə malikdir. Deyə bilərəm və əminəm ki, bu cümə seçkiləri keçirilsəydi, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 50+1 faiz səs toplayaraq qalib gələrdi. Bu rəqəmlər seçkilərin keçiriləcəyi 2026-cı ildə daha yüksək ola bilər”, - spiker vurğulayıb.

Simonyan əlavə edib ki, hakim partiyanın deputatlarından müxalifətin impiçment prosesinə qoşulma gözləmir.

Seçilən
0
teleqraf.com

1Mənbələr