AZ

Ötən il kimlər dövlətdən pulsuz ev alıb? - Adlar

2024-cü ildə Azərbaycanda dövlət hesabına yaşayış sahəsi ilə təmin olunan ailələrin sayı 2 555 olub. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət ən çox evi məcburi köçkünlərə verib. 


Məcburi köçkünlərin aldığı evlərin sayı 1 634 ədəd olub. 


Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 444 ədəd, şəhid ailələrinə 341 ədəd, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara 89 ədəd mənzil verilib. 


Bunlardan başqa Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşlar 15 ədəd, ümumi səbəblərdən əlilliyi olan şəxslərə 5 ədəd, 1990-cı ilin 20 yanvar hadisələrində həlak olanların ailələri və zərər çəkənlərə 2 ədəd mənzil ayrılıb. 


Mənzillərin 25 ədədi isə digər kateqoriyaya aid edilən şəxslərə verilib. 


Dövlət tərəfindən ayrılan mənzillərdə 10 319 nəfər yaşayacaq. 


Mənzillərin 352 ədədi Bakıda (o cümlədən 121 ədədi Suraxanı rayonunda), 460 ədədi Füzuli rayonunda, 369 ədədi Şuşa rayonunda, 298 ədədi Abşeron rayonunda, 287 ədədi Cəbrayıl rayonunda, 236 ədədi Laçın rayonunda yerləşir. 


Vasif

Seçilən
0
sfera.az

1Mənbələr