Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı ilk oyunlarının hakimləri bəlli olub.
İdman.biz xəbər verir ki, yığmamız ilk matçlarına İsveçdə çıxacaq.
İyunun 6-da meydan sahiblərinə qarşı görüşdə Norveç və Danimarka təmsilçiləri ədaləti qoruyacaqlar. Ertəsi gün Gürcüstanla üz-üzə gələcək millimizin oyunu İsveç və Norveçdən olan referilərə tapşırılıb.
Avropa Gümüş Liqası
Kişilər, I turnir (İsveç)
6 iyun
19:00. Azərbaycan – İsveç
Hakimlər: Ellen Mari Burheym (Norveç), Morten Enqborq Kleyn (Danimarka)
UMEA Enerji Arena
7 iyun
19:00. Gürcüstan - Azərbaycan
Hakimlər: Helena Persson (İsveç), Ellen Mari Burheym (Norveç)
UMEA Enerji Arena
İdman.biz