AZ

DVX-nin vergi daxilolmaları 6,9 milyard manat təşkil edib

Finss.az - 2025-ci ilin ilk dörd ayında, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 923,5 milyon manat təşkil edib.

Bu rəqəm dövlət büdcəsi üzrə proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz çox icra edilib. Dövlət Vergi Xidmətinin xətti ilə həyata keçirilən vergi daxilolmalarının ötən ilin eyni dövrü ilə müqayisədə 4% artdığı bildirilib.

Bu nəticə, vergi siyasətindəki müsbət dəyişikliklərin və iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyətin canlanmasının göstəricisi kimi qiymətləndirilir. 2025-ci ilin ilk aylarında gəlirlərdəki artım, ölkə iqtisadiyyatının sabit və dinamik inkişafını dəstəkləyən vergi siyasətinin uğurlu tətbiqinin nəticəsidir.

Seçilən
0
fins.az

1Mənbələr