Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi 30 ədəd pikap alır.
İndex.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, “Regional Su Meliorasiya Xidməti” “Sərnişin yük avtomobilləri”nin (Pikap) satın alınması ilə bağlı tender elan edib. Tenderin ümumi dəyəri 1 milyon 973 min 988 manat təkil edir.