Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 14,8 milyon manat təşkil edib.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 milyon manat və yaxud 19,4 % çoxdur.
İcarə daxilolmaları proqnozdan 27,2 % çox icra edilib.
Xatırladaq ki, bu il ƏMDX büdcəyə 46 milyon manat vəsait köçürməlidir. Beləliklə, 4 ay ərzində həmin məbləğin 32,2 %-i təmin olunub.