BAKI, 5 may. TELEQRAF
2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin xərcləri 11 milyard 191,9 milyon manat proqnoza qarşı 10 milyard 961,9 milyon manat olub.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, nəticədə dövlət büdcəsinin xərcləri 97,9 faiz icra olunub.
Ancaq dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur.