"Leypsiq"in hücumçusu Benjamin Şeşko İngiltərə Premyer Liqasının beş klubunun əsas transfer hədəfinə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.
Mənbənin sözlərinə görə, sloveniyalı hücumçu ilə "Arsenal", "Çelsi", "Liverpul", "Mançester Yunayted" və "Nyukasl" maraqlanır.
Qeyd olunur ki, Şeşko üçün əsas namizəd "topçular"dır. Çünki sloveniyalı Mikel Artetanın oyun strategiyasını özünə uyğun bilir.
Xatırladaq ki, “Arsenal” Şeşkoya ötən yay müqavilə təklif etsə də, o, bundan imtina edərək “Leypsiq”lə yeni sözləşmə imzalayıb. İndi isə futbolçu fikrini dəyişərək London klubuna keçməyə hazır olduğunu bildirib.