AZ

Hindistan ikinci qırıcısını itirdi - Pakistanla qarşılıqlı atışmalar baş verir

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə təlim məqsədilə havaya qalxarkən qəzaya uğrayıb. Bu, üçgünlük hərbi təlimlər çərçivəsində baş verən ikinci qəza kimi qeydə alınıb. Hadisə Hindistanın müdafiə imkanlarının sınaqdan keçirildiyi kritik məqamda baş verib.

Bu arada Pakistan tərəfi Hindistanı əsassız atəş açmaqda ittiham edib. Yerli təhlükəsizlik mənbələrinə görə, Hindistan qoşunları Parnikyal, Xoy-Ratta, Şarda, Xel, Nilam və Hacı Pir bölgələrində yerləşən nəzarət xətti boyunca Pakistanın keçid məntəqələrini atəşə tutub.

Pakistan ordusu isə bu hücumlara layiqli cavab verib.

Hindistan və Pakistan silahlı qüvvələri arasında daha bir qarşıdurma Pargval-Axnur bölgəsində, iki ölkə arasındakı rəsmi beynəlxalq sərhəd boyu baş verib. Xarici KİV-lər bu insidenti artan hərbi gərginliyin göstəricisi kimi dəyərləndirir. /AzPolitika.info/

Seçilən
0
1
turkustan.az

2Mənbələr