AZ

57 minlik şirkət 51 milyonluq tender qazandı - DETALLAR

Azərbaycanın "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən, şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlər çərçivəsində keçirilən tenderə yekun vurulub.

Ağdama iki minə yaxın ailənin köçürlməsi 1,6 milyon müqabilində - BU ŞİRKƏTƏ TAPŞIRILDI

FED.az xəbər verir ki, dövlət qurumu "Avromed Company" QSC (VÖEN: 1500166751) ilə müqavilə bağlanıb.

Bu müqavilə çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin alınması üçün 51.214.262,83 AZN məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, “Avromed Company QSC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.

Seçilən
0
fed.az

1Mənbələr