AZ

Tramp: Rusiya təkcə bəzi ərazilərini deyil, bütün Ukraynanı ələ keçirmək istəyir

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya Ukraynanı tamamilə ələ keçirməyə çalışır və özünü artıq işğal olunmuş ərazilərlə məhdudlaşdırmır. O, bu barədə NBC News-un “Meet the Press” proqramına müsahibəsində deyib.

Aparıcı Kristen Uelkerin Rusiyanın mümkün sülh razılaşmasının bir hissəsi olaraq hansı ərazilərdən imtina etməli olacağı barədə sualına Tramp belə cavab verib: “Bütün Ukrayna”.

Jurnalist bir daha bunun Rusiyanın Ukrayna torpaqlarının heç bir hissəsini saxlamayacağı anlamına gəlib-gəlmədiyini soruşduqda, prezident belə izah edib: "Xeyr, yox. Rusiya bütün Ukraynadan imtina etməli idi. Çünki Rusiyanın istədiyi bütün Ukraynadır. Əgər mən müdaxilə etməsəydim, onlar indi bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiya indiki zolağı istəmir. Əgər mən olmasaydım Rusiya irəliləyişlərini daha da davam etdirəcəkdi”.

Almaz Həsənli

Seçilən
0
oxumeni.az

1Mənbələr